AMEA 39 minlik yapışqanlı kağız alır

12:16 - 04 Sentyabr
    1735 oxunma

Azərbaycan Milli Elmlər Akademiyası CD-DVD üçün 39 333.5 AZN-ə yapışqanlı kağız alır.  AMEA-nin İnfoirmasiya Texnologiyalar İnstitutu bu məqsədlə “Aventus” MMC ilə müqavilə bağlayıb. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən Aventus MMC 5 dekabr 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, ev 63, mənzil 7-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Cabbarov Zaur Azər oğludur. 

Bizimxeber.az bildirir ki, açıq mənbələrdə Zaur Cabbarov haqqında hər hansı məlumat yoxdur. “Aventus” MMC-nin 16 ildir fəaliyyət göstərməsinə baxmayaraq şirkət haqqında açıq mənbələrdə yalnız bir məlumata rast gəldik. MMC 2018-ci ildə Sumqayıt Şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderlərdən birinin qalibi olub. İcra hakimiyyəti ilə “Aventus” arasında maliyyə dəyəri 15 075 AZN olan müqaviləyə əsasən şirkət Corat qəsəbəsində küçə işıqlarının çəkilişini həyata keçirib. 

AMEA bundan əvvəl də şübhəli tender keçirib. Bu barədə ötən yazılarımızda məlumat vermişik. Həmin məlumatda deyilirdi ki, AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyat Muzeyi “Zinger-İnşşat” MMC-dən 40 000 AZN-ə çilçıraq alıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84