Almaniyada koronavirusun yeni dalğası gözlənilir

22:50 - 23 İyun
    965 oxunma

Almaniyada koronavirusun yeni dalğasının qəfil baş verməsi təhlükəsi yaranıb.

Bizimxeber.az “ Zeit” nəşrinə istinadən xəbər verir ki, bu barədə  virusoloq Kristian Dosten bildirib.

"Mən hər şeyə optimist baxmıram və bir aydan sonra hər şeyin indi olduğu kimi dinc olacağını düşünmürəm. (...) Hesab edirəm ki, iki aydan sonra həyəcan təbili çalmağa başlamasaq, problemimiz olacaq", virusoloq deyib.

Dostenin sözlərinə görə, dövlət və cəmiyyət xəstəliyin yeni dalğasının qarşısını almaq üçün diqqətli və ehtiyatlı davranmalıdır. O, məhdudiyyətlərin çox erkən aradan qaldırıldığı ABŞ-ın cənub əyalətlərini nümunə göstərib və havanın yüksək temperaturu virusun yayılmasına və "dəhşətli vəziyyətə"gətirib çıxarmasına mane olmadığını vurğulayıb.

Qeyd olunub ki, bir gün əvvəl Cənubi Koreyadan koronavirusun yeni dalğası barədə məlumat verilib. Gecə klublarının açılmasından sonra növbəti dəfə kütləvi şəkildə xəstələnmə halları qeydə alındı. Buna görə Seul hakimiyyəti pandemiyaya qarşı mübarizə üçün karantin tədbirlərinin bərpasını yenidən nəzərdən keçirir.
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84