Almaniyada daha iki ay karantin müddəti uzadıla bilər

15:52 - 12 Yanvar
    680 oxunma

Almaniya kansleri Angela Merkel sərt karantin rejiminin daha 8-10 həftə uzadılması barədə təklif verib.

Bu barədə “Bild” xəbər yayıb. Merkel bildirib ki, koronavirusun “Britaniya ştammı”nın qarşısı alınmazsa, yoluxanların sayı Pasxada 10 dəfə arta bilər. Bu səbəbdən təcridin iki aydan artıq müddətə uzadılmasına çağırış edib.

Qeyd edək ki, bu il katoliklərin Pasxa bayramı aprelin dördündə qeyd olunacaq. Yeri gəlmişkən, Almaniyada sərt karantin tədbirləri ilə əlaqədar narazı olanların sayı günü-gündən artır. Onlar təcrid rejiminin iqtisadi cəhətdən ziyan vurduğunu bildirirlər.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84