Almaniya Yaxın Şərqə bu qədər silah satıb - HESABAT  

15:27 - 03 Yanvar
    1340 oxunma

Yaxın Şərqdə konfliktin olduğu iki ölkə - Yəmən və Liviya Almaniyadan 1,16 milyard avroluq silah alıb. 

Axar.az xəbər verir ki, bu məlumatı Almaniya İqtisadiyyat Nazirliyi yayıb. Bununla bərabər Almaniyanın silah ixracının ümumi həcmi 2020-ci ildə azalıb. Ümumilikdə dekabrın 10-na qədər Almaniyanın silah tədarükünün həcmi 5,635 milyard avro təşkil edib.

Almaniyanın ötən il Yaxın Şərqdə ən çox silahı Misirə ixrac edib. Belə ki, bu ölkəyə 752 milyon avroluq silah satılıb. Siyahıda həmçinin Qətər (305,1 milyon avro), BƏƏ (51,3 milyon avro), Küveyt (23,4 milyon avro), Türkiyə (22,9 milyon avro), İordaniya (1,7 milyon avro), Bəhreyn (1,5 milyon avro) yer alıb. Qeyd edək ki, 2019-cu ildə Almaniya rekord həcmdə silah ixrac edib. Həmin il ixracın həcmi 8,015 milyard avro olub.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84