. .

Almaniya Rusiyaya qarşı "Şimal Axını-2" sanksiyasını rədd etdi

13:23 - 15 Aprel
    14411 oxunma

Almaniyanın xarici işlər naziri Ukrayna və Rusiya sərhədindəki vəziyyətlə əlaqədar "Şimal Axını 2" layihəsindən imtina ideyasını rədd edib.

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, açıqlamada - "belə bir qərar tikintinin dayanmasına, vəziyyətin daha da ağırlaşmasına gətirib çıxara bilər", -deyə məlumatda qeyd olunur. Məlumatda deyilir ki, Ukraynada münaqişənin dərinləşməsini heç kim istəmir.

Qeyd edək ki, ötən gün AFR-in müdafiə naziri Anneqret Kramp-Karrenbauer mətbuata açıqlamasında bildirmişdir ki, gələcəkdə qazın "Şimal Axını 2" ilə nəqlinin həcmi "Rusiyanın davranışından"asılı olmalıdır.

"Şimal Axını 2" Baltik dənizi ilə Almaniya arasında Rusiya sahillərindən iki boru kəmərinin tikintisini nəzərdə tutur. Layihəyə qarşı Aİ-də özünün mayeləşdirilmiş təbii qazını, həmçinin Ukraynanı və bir sıra Avropa ölkələrini təşviq edən ABŞ fəal çıxış edir. Vaşinqton 2019-cu ilin dekabrında qaz kəmərinə qarşı sanksiya tətbiq edib. AFR-də qaz kəmərinin tikintisi tərəfdarıdır və ABŞ-ın birtərəfli eksterritorial sanksiyalarını rədd edir.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84