Alman jurnalistdən sesnsasion paylaşım: 4 min erməni əsgəri ölüb

17:19 - 03 Oktyabr
    1425 oxunma

Məşhur alman nəşri “Bild”in hərbi müxbiri Pol Rontsxaymer sensasion açıqlama yayıb. Yenisabah.az xəbər verir ki, o, qaynar nöqtələrdən hazırladığı reportajlarla tanınır. İki Qafqaz dövləti arasındakı savaşı izləmək üçün bölgəyə gələn Pol ilk olaraq İrəvanda gördüyü mənzərədən söhbət açıb.

Onun statusunu millət vəkili Zahid Oruc olduğu kimi paylaşıb. “Ermənilər özlərini təklənmiş hiss edirlər. Praktiki olaraq, hamı hərbiyə çağrılan bir adam tanıyır. Ermənistan hava limanında mənimlə qarşılaşan adamlar soruşur: "Nə üçün Merkel müharibədən bu qədər az danışır?".

Alman jurnalist minlərlə erməni əsgərinin öldüyünün elan edildiyini yazıb.  Jurnalist qeyd edir ki, onu qarşıda Xankəndinə olan 8 saatlıq, uzun yol gözləyir. Qeyd edək ki, İrəvan belə səfərlərdən öz təxribatçı maraqları naminə istifadə edir. Azərbaycan isə belə səfərlərin təşkili zamanı rəsmi Bakıdan icazə alınmasının vacibliyini rəsmi olaraq vurğulayıb.

 
Alman jurnalistdən sesnsasion paylaşım:  4 min erməni əsgəri ölüb
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84