Alişan ailəsi ilə birlikdə dəhşətli qəzaya düşdü - FOTO

19:06 - 24 İyun
    2685 oxunma

Türkiyəli məşhur müğənni Alişan avtomobil qəzası törədib.

Bizimxeber.az-ın "Hurriyet"ə istinadən verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi İzmir - İstanbul yolunda baş verib.

Müğənninin “Jeep” markalı avtomobilinin oxu qırıldığı üçün avtomobil maneəyə çırpılaraq, çevrilib və 30 metr məsafədə sürüşüb.

Xoşbəxtlikdən, Alişan, xanımı Buse Varol və iki yaşlı oğlu Burak qəzadan xəsarətsiz xilas ola biliblər. Uşağın dayəsi isə təcili yardımla xəstəxanaya yerləşdirilib.

Jurnalistlərə verdiyi açıqlamada ifaçı qəza zamanı əvvəlcə nə baş verdiyi anlamadığını bildirib: “Böyük şok keçirdik, ölümdən qayıtdıq. Həyatımda ilk dəfə qəzaya düşürəm, veriləcək sədəqəmiz varmış. Sonradan gördük ki, avtomobilin arxa oxu qopub. Belə bir avtomobilin oxu necə qırıla bilər, təəccüb edirəm. Böyük şok yaşadıq”.

 

 

 

 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84