. .

Alimpaşa Məmmədov parkın ərazisini 1,3 milyona satıbmış

22:39 - 28 Aprel
    5151 oxunma

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun adı hallanan korrupsiya əməllərindən biri məlum olub. 

Bizimxeber.az bildirir ki, A.Məmmədov bir müddət öncə Şəmkirin mərkəzində yerləşən böyük parkın ərazisini tikinti şirkətinə satıb.

Şirkətin sahibi istintaqa ifadəsində deyib ki, bu yer üçün Alimpaşa Məmmədova bir dəfə 1 milyon manat, növbəti dəfə isə 300 min manat pul verib. Hazırda həmin ərazidə hürdürmərtəbəli binanın tikintisi aparılır, tikinti yekunlaşdırılmayıb.

Bundan başqa, A.Məmmədovun büdcədən ayrılan pulları da müxtəlif yollarla mənimsədiyi bildirilir.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84