. .

Alimpaşa Məmmədov milyonlarla pulu bu binalara görə alıb - FOTOLAR

11:38 - 30 Aprel
    8489 oxunma

Şəmkirin həbs edilən İH başçısı Alimpaşa Məmmədov iş adamı Famil Xəlilova rayondakı parkın bir hissəsini satıbmış. 

Alimpaşa Məmmədov rayon ərazisində tikinti işlərini "Park Kolizey” MTK adlı tikinti şirkətinə həvalə edirmiş. Şirkətin rəhbəri də tanınmış iş adamı Famil Xəlilovdur.

Məlumata görə, Alimpaşa Məmmədov rayonda tikinti monopoliyası yaradıb və qeyri-qanuni olaraq digər tikinti şirkətlərini rayona buraxmayıb. Ancaq xüsusi imtiyaza malik olan "Park Kolizey” MTK şəhərin ən görkəmli yerlərində çoxmərtəbəli yaşayış binaları üçün nəzərdə tutulmayan ərazilərdə də tikintilər aparıb.

Belə ki, "20 yanvar” abidəsinin ətrafında salınmış park sonradan hansısa yollarla çoxmərtəbəli yaşayış binasi üçün ayrılıb və artıq burada binanın tikintisi yekunlaşmaq üzrədir. Binanın tikintisinə icazə almaq üçün MTK rəhbəri Famil Xəlilov nə az nə çox bir neçə çoxotaqlı mənzildən keçməli olub. 

Binanın bir mərtəbəsinin mənzillərini birləşdirərək Alimpaşa Məmmədova, 4 otaqlı bir mənzili rayonun baş memarı İlqar Quliyevə və hal-hazırda həbs olunan digər aidiyyatı şəxslərə rüşvət olaraq verib.

Bundan əlavə, Famil Xəlilov həmin parkın ərazisini almaq üçün Alimpaşa Məmmədova 1 milyon 300 min manat da pul veribmiş. Veyis Xəlilov ilkin dindirilmə zamanı bunu etiraf edib. Sözü gedən binanın fotolarını təqdim edirik.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84