.
.

Alen Delon kinoya qayıtmaq planları barədə danışıb

14:51 - 01 İyul
    39788 oxunma


Məşhur fransalı aktyor Alen Delon böyük ekrana qayıtmaq niyyətindədir.

Bizimxeber.az xəbər verir ki, Alen Delon bu barədə France 5 telekanalına verdiyi müsahibəsində deyib. “Yenidən ekrana qayıdacağıma ümid edirəm. Çox güman ki, bu, mənim son filmim olacaq və o, əla alınmalıdır”, - deyə o bildirib.

Görkəmli rejissorla, məsələn, Dalida haqqında biopik film çəkən Liza Azuelosla çalışmaq istədiyini qeyd edən aktyor bundan sonra sənətdən gedəcəyini və bir daha heç nə ilə məşğul olmayacağını söyləyib.

Alen Delon sonuncu dəfə “Tam bənzərlik” (Toute ressemblance, 2019) filmində rol alıb. 2019-cu ilin mayında 72-ci Kann Kino Festivalında “Palma budağı” mükafatına layiq görülən aktyor bundan bir ay sonra insult keçirib və İsveçrədə müalicə olunub.

Qeyd edək ki, 85 yaşlı Alen Delon indiyədək 90-dan çox filmdə rol alıb. O, əsasən “Parlaq günəşdə” (Plein soleil, 1960), “Rokko və qardaşları” (Rocco ei suoi fratelli, 1961), “Leopard” (Le Guepard, 1963), “Hovuz” (La Piscine, 1969) filmlərində oynadığı rollara görə məşhurluq qazanıb.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84