. .

“Albert Rıjiy”in ölümünə görə saxlanılan şəxs o imiş

01:02 - 15 Aprel
    11047 oxunma

Xəbər verdiyimiz kimi, Rusiyada azərbaycanlı “Qanuni oğru”, “Albert Rıjiy” ləqəbi ilə tanınan Əli Heydərovu qətlə yetirməkdə şübhə bilinən şəxs saxlanılıb.

Saxlanılan şəxs 1984-cü il təvəllüdlü Sultanov Mətləb Paşa oğludur. 

O, ilkin ifadəsində gəncəli kriminal avtoriteti öldürdüyünü etiraf edib. M.Sultanov qətlə səbəb kimi, “Albert Rıjiy”ın onu təhqir etməsini göstərib.

Xatırladaq ki, Ə.Heydərov aprelin 12-də Moskvadakı idman zallarının birində qətlə yetirilib. Onu da qeyd edək ki, Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İdarəsi tərəfindən Əli Heydərovun ölümündə şübhəli bilinən şəxsin saxlanılması təsdiqlənsə də, onun adı açıqlanmırdı.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84