Aİ-yə üzv dövlətlər Moskva razılaşmasını müzakirə edəcəklər

10:40 - 12 Oktyabr
    1090 oxunma

Bu gün Avropa İttifaqı üzv dövlətlərinin xarici əlaqələr qurumlarının rəhbərləri ilə iclasda Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri arasında Moskvada humanitar məqsədlər üçün atəşkəsə dair razılaşma ilə nəticələnən danışıqlar da daxil olmaqla Dağlıq Qarabağdakı münaqişənin müzakirə edilməsi planlaşdırılır.

Bizimxeber.az xəbər verir ki, bu barədə “Euronews” məlumat verib.

Kanal həmçinin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Gəncə hadisəsi ilə bağlı sözlərini sitat gətirib: “Bu, erməni siyasi liderləri tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırım aktıdır. Humanitar məqsədlər üçün atəşkəs elan edən sənəd var. Növbəti gün isə Ermənistan silahlı qüvvələri Gəncədə əhalinin sıx məskunlaşdığı bölgəyə raket hücumu həyata keçirir. Bu, hərbi cinayətdir. Və bu bir daha erməni tərəfinin riyakarlığını nümayiş etdirir”.

Bununla yanaşı Azərbaycan silahlı qüvvələrinin Dağlıq Qarabağdakı təmas xəttinin cənub hissəsindəki bir neçə yaşayış məntəqəsini nəzarəti altına ala bildiyi qeyd olunub.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84