Aİ-dən ayrılmaq İngiltərəyə nə qazandıracaq?

14:21 - 25 Dekabr
    1020 oxunma

İngiltərə Baş naziri Boris Conson xalqa müraciət edərək 2000 səhifəlik “Brexit” müqaviləsini təqdim edib.

Baş nazir Avropa İttifaqı ilə əldə edilən ticarət razılaşması ilə nəzarəti bərpa etdiklərini bildirib. O, ingilislərin an etibarı ilə yeni və həqiqi müstəqil bir millət olduğunu bəyan edib. Conson bunun İngiltərə tarixində ən böyük ticarət müqaviləsi olduğunu xatırladıb və müqavilənin illik 660 milyard funt sterlinq olduğunu, ingilis mallarının Aİ-da maneəsiz satılmasına icazə verdiyini vurğulayıb.

Həmçinin, İngiltərə ilə Avropa İttifaqı arasında bağlanmış 2 min səhifəlik “Brexit” müqaviləsinin əsas mövzuları açıqlanıb.

Ticarət

Ticarət baxımından etibarlı layihələr qarşılıqlı olaraq tanınacaq. Bu o deməkdir ki, ingilis istehsalçıları həm İngiltərə, həm də Aİ standartlarına riayət etməli olacaqlar.

Peşəkar səlahiyyətlər

Hər iki tərəfdə artıq həkimlər, tibb bacıları, memarlar, diş həkimləri, baytarlar, mühəndislər kimi mütəxəssislər çalışmaq istədikləri ölkənin peşə qaydalarına tabe olacaqlar. Məsələn, Fransada tibblə məşğul olmaq istəyən bir ingilis “Brexit”dən əvvəl heç bir peşə vərdişləri təklif etməli deyil, lakin “Brexit”dən sonra Fransanın axtardığı peşə səriştəsi qaydalarına tabe olacaq.

Viza

Böyük Britaniya vətəndaşları artıq Aİ-də işləmək, təhsil almaq və ya yaşamaq azadlığına sahib deyillər. 90 gündən çox qalmaq üçün viza tələb olunur. Yaşlılıq pensiyası və səhiyyə kimi bəzi sosial təminatların koordinasiyası xaricdə işləməyi asanlaşdıracaq və əvvəlki milli sığortaya yığımların itirilməyəcəyi bir şəkildə təşkil ediləcək.

Balıqçılıq

Aİ ölkələrinin ingilis sularında balıqçılıq dövriyyəsi 650 milyon avro olduğu halda, İngiltərənin balıqçılıq dövriyyəsi 850 milyon avrodur. Avropa ölkələrinin payını 25 faiz azaldacaq yeni qaydalar müəyyənləşdiriləcək və bu, 5 il müddətində tətbiq olunacaq.

Aİ dövründə balıqçılıq dövriyyəsinin dörddə biri - illik 162,5 milyon avro İngiltərə bayraqlı gəmilərə qaytarılacaq.

ERASMUS (tələbə dəyişim proqramı) 

İngiltərə “Brexit” müqaviləsi ilə “Erasmus” proqramından çıxdı.

Elm

İngiltərə İttifaqın yeddi ildir flaqmanı olan 80 milyard avroluq “Horizon Europe” proqramında ödənişli üzv olaraq iştirak etməyə davam edəcək.

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84