Ağsunun polis rəisi insanları niyə döydürür?- Bazar bağlanıb, ərizə yazanlar həbs edilir - QALMAQAL

14:23 - 21 Yanvar
    8160 oxunma


Loading...

Ağsu bazarının fəaliyyətini dayandıran polis mayoru Vüsal Əliyev barəsində 94 icarədar daxili işlər naziri Vilayət Eyvazov və Baş prokuror Kamran Əliyevə şikayət edib. Şikayətdən sonra müraciətə imza atan şəxslərin saxlanıldığı bildirilir. 

Bizimxeber.az xəbər verir ki, “SVO” MMC-nin təsisçisi, Ağsu rayonunda yerləşən bazarın sahibi Sabir Mustafayev mətbuata müraciət edərək bildirib ki, bazarda yalnız ərzaq və kənd təsərrüfatı məhsulları satılır, digər mağazalar bağlıdır: “Dekabrın 29-da Ağsu Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru Vüsal Əliyev gəlib polis əməkdaşları ilə bazarın fəaliyyətini dayandırdı.

Ona dedik ki, Operativ Qərargahla danışmışıq, bizim fəaliyyətimizə icazə var. O da dedi ki, Qərargaha deyin Vüsal müəllim deyir ki, bağla. Sonra yenidən Daxili İşlər Nazirliyinin karantinlə bağlı yaradılmış 012 590 80 20 qaynar xətti ilə əlaqə saxlayıb məlumat verdik. Təxminən 10 dəqiqə sonra bazardakı polislərə əmr gəldi ki, bazardan çıxın, camaatla işiniz olmasın. Vüsal Əliyevin bu hərəkətlərindən bazardakı 94 icarədar Baş Prokuror Kamran Əliyev və daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

Bizimxeber.az bildirir ki, dünəndən başlayaraq həmin müraciətə imza atanları bir-bir polis şöbəsinə aparıb hansısa yollarla şikayətlərindən imtina etdirirlər. Ərizəni yazan Babayev Fariz Böyükağa oğlu imtina etmədiyi üçün döyülüb və kameraya salınıb”.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84