Ağstafada kadr dəyişikliyi - Kimləri hara təyin etdilər?

12:32 - 19 Avqust
    1845 oxunma

Ağstafa Rayon İcra Hakimiyyəti yeni təyinatlarla bağlı açıqlama yayıb. Bizimxeber.az bildirir ki, RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı vəzifəsindən azad edilən Əziz Məsmalıyev Rayon Gənclər və İdman İdarəsinin rəisi təyin edilib.

Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsindən azad edilən Feyruz Həsənov isə rayon Statistika İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. 

Qeyd edək ki, Ağstafa RİH-nə bu ilin mayından Seymur Orucov rəhbərlik edir.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84