Ağsaqqallar Şurasının sədri kim olacaq?

13:09 - 31 Avqust
    3190 oxunma

Millət vəkili Fəttah Heydərovun vəfatından sonra Azərbaycan Ağsaqqallar Şurasına kimin rəhbərlik edəcəyi diqqət mərkəzində olan mövzulardan biridir.  Bizimxeber.az bildirir ki, Ağsaqqallar Şurasına sədri postuna bir neçə iddialı namizəd var və bu namizədlər içərisində quruma rəhbərlik etmək niyyətini açıq şəkildə ortaya qoyan şəxslərdən biri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun atası Qənbər Qurbanovdur.

87 yaşlı Q.Qurbanov “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədri, Ağsaqqalar Şurasının və Yazıçılar Birliyinin üzvüdür.

Saytımıza daxil olan məlumata görə, ölkədə karantin rejimi bitəndən sonra Ağsaqqallar Şurası növbəti qurultayını çağıracaq və Q.Qurbanov quruma yeni sədr seçiləcək.Bildirilir ki, atası Q.Qurbanovun Ağsaqqallar Şurasına sədr seçilməsi üçün oğlu C.Qurbanov ciddi səy göstərir. /Azsiyasət.com/

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84