. .

Ağdamda daha bir nəfər minaya düşdü

12:33 - 18 Aprel
    10276 oxunma

Dünən axşam saat 20:30 radələrində Ağdam rayonu ərazisindəki Ergi düzü deyilən yerdə qoyun otaran 1983-cü il təvəllüdlü Quliyev Arif Sabir oğlu minaya düşüb. 

Minanın partlaması nəticəsində onun sol ayağı amputasiya edilib.

A.Quliyev Ağcabədi rayon xəstəxanasına yerləşdirilib, hazırda həkimlərin nəzarəti altındadır. DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo"ya açıqlamasında məlumatı təsdiqləyib.

E. Zahidov bildirib ki, vətəndaşlar bütün bu halları nəzərə alaraq icazəsiz, nəzarət postlarından kənar yollarla işğaldan azad edilən, lakin minalardan tam təmizlənməmiş ərazilərə getməməlidirlər: "Belə olan halda bu cür faciəvi hallarla qarşılaşa bilərlər".

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84