. .

Ağamalı vaksinasiya prosesinin məcburi olmasını təklif etdi

13:27 - 27 Aprel
    5627 oxunma

“Dünən mətbuatda oxudum ki, 365 nəfər vaksin vurdurub. Onlardan 363 nəfər birinci, 3 nəfər isə ikinci dozada peyvənd olunub. Bu say niyə azdır? Vaksin yoxdur, yoxsa insanlar vaksin olunmaq istəmir?”. 

Bizimxeber.az bildirir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentdə çıxışı zamanı deyib. 

O qeyd edib ki, insanlar vaksin olunmaq istəmirsə, yaş həddini aşağı salmaq lazımdır: “Vaxtında müəyyən addımlar atılmış olsaydı, vəziyyət daha yaxşı olardı”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə deputata cavab olaraq bildirib ki, ölkədə vaksin çatışmazlığı yoxdur: “Peyvənd olunmaq istəyən insanların sayı azdır. Belə olarsa, yavaş-yavaş yaş həddini aşağı endirməli olacağıq”.

Deputat Fəzail Ağamalı əlavə edib ki, vaksin olunmaq istəyənlərin sayı azdır: “Elə etməliyik ki, proses məcburi olsun. Eyni zamanda elə etməliyik ki, maarifləndirmə tədbirləri daha da artırılsın. İnsanlar vaksin vurdurmağa meyilli olmalıdır”.

Ə.Əmiraslanov isə F. Ağamalıya cavab olaraq bildirib ki, dünyanın heç bir ölkəsində peyvəndləmə məcburi proses deyil.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84