. .

Ağalarovlar Azərbaycanda daha 7 restoran açacaq

12:23 - 16 Mart
    19943 oxunma

“Crocus Group” 2021-2022-ci illərdə Azərbaycanın restoran bazarında mövcudluğunu gücləndirəcək. Bu barədə holdinqin ortağı Emin Ağalarov “Kommersant”a açıqlamasında bildirib. 

İş adamının sözlərinə görə, şirkət 2021-2022-ci illərdə restoran layihələrinə təxminən 1 milyard rubl sərmayə qoymağı planlaşdırır. “Təkcə 2021–2022-ci illərdə Bakıda və “Sea Breeze Resort”da yeddi yeni restoran açmağı planlaşdırırıq. Bəzi layihələrimiz artıq tanınmış markalardır: “Zafferano”, “Edoko”, “Forte Bello”, “Fish Box”, “Cafe Milano”,- deyə Ağalarov qeyd edib.

Hazırda “Crocus Group” şirkətinin idarə etdiyi restoranların ümumi sayı 52-dir. 2020-ci ildə qrupun biznesinin restoran hissəsinin dövriyyəsi üç dəfə azalıb, iki il ərzində isə şirkət bu göstəricinin 70% artacağını gözləyir.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84