Afrində törədilən terror aktı nəticəsində 20 nəfər öldü

19:29 - 28 Aprel
    835 oxunma

Suriyanın Afrin şəhərində baş verən terror aktında 20 nəfər ölüb.

Bizimxeber.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, partlayıcı quraşdırılmış dizel dolu maşın Afrin şəhər mərkəzində mülki şəxslərin cəmləşdiyi Racu küçəsində partladılıb. Nəticədə 20 nəfər ölüb, onlarla adam yaralanıb.
Yaralılar xəstəxanalara aparılıb. Yaralılardan bəzilərinin vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir.

Partlayış nəticəsində ətrafdakı bir çox binalara ziyan dəyib, yolda olan avtomobillər yararsız hala düşüb.

Yerli təhlükəsizlik qüvvələri hücumun terror təşkilatı YPG / PKK tərəfindən təşkil edildiyi ehtimalını nəzərdən keçirir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84