AFFA iki klubun şikayətini təmin etdi

17:30 - 11 Dekabr
    1900 oxunma

Apellyasiya Arbitraj Tribunalı klubların şikayətinə baxıb. “Qafqazinfo” AFFA-nın saytına istinadən xəbər verir ki, qurum “Keşlə”, “Neftçi” və “Kəpəz”in şikayəti ilə bağlı qərarını açıqlayıb. “Keşlə” tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyib. İntizam Komitəsinin dekabrın 1-dəki qərarı ilə Premyer Liqanın 11-ci turunda “Sabah”la ev matçında "Keşlə"nin müdafiəçisi İlkin Qırtımovun ikinci sarı vərəqəni aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalandırılması və klubun 3200 manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.

Apellyasiya Arbitraj Tribunalı "Neftçi" və "Kəpəz" komandalarının apellyasiya şikayətini isə qismən təmin edib.

Birinci divizionun 7-ci turunda “Qaradağ Lökbatan”la matçın 81-ci dəqiqəsində "Neftçi-2"nin futbolçusu Famil Camalovun “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün cəzalandırıldığı oyun sayı ikiyə endirilib. Klubun 320 manat cərimə olunması qərarı isə qüvvədə qalıb.

İntizam Komitəsinin eyni tarixli qərarı ilə 7-ci turun “Turan Tovuz”la oyununda Gəncə klubunun baş məşqçisi Yaşar Vahabzadənin cəzalandırıldığı oyun sayı beşdən ikiyə endirilməklə, mütəxəssis qalan oyunlarda şərti olaraq cəzadan azad edilib. Klubun 400 manat cərimə olunması qərarı qüvvədə saxlanılıb.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84