Afət Telmanqızı və Ləman Ələşrəfqızı internet TV açır

12:47 - 20 May
    835 oxunma

Bir müddət əvvəl REAL TV-dən ayrılan sabiq ANS-çilər: Afət Telmanqızı və Ləman Ələşrəfqızı yeni internet televiziyası açır. Bu  barədə “Qafqazinfo”ya A. Telmanqızı məlumat verib. 

O bildirib ki, “LAF” TV mayın 28-də ilk yayımına başlayacaq: “Özümüz məhz bu tarixi seçmişik. Cümhuriyyətin yarandığı bu böyük gündə tamaşaçıların qarşısına çıxacağıq. İlk efirimizdə Cümhuriyyətlə bağlı reportajlar veriləcək. Eyni zamanda, bu mövzuda qonaqlarla söhbət aparacağıq. 

Bundan əlavə, efirimizdə daha çox sosial problemlərlə bağlı mövzulara toxunacağıq. Özümüzün və ekspertlərin şərhləri olacaq. Bundan əlavə, günün aktual problemlərini də müzakirə edəcəyik. Hələ ki, mən və Ləman efirdə olacağıq. Zamanla efir məkanında yer aldıqca komandamız da böyüyəcək”.

A. Telmanqızı, həmçinin kanalın adının “LAF” TV seçilməsindən də danışıb. O bildirib ki, ilk növbədə, bu onların adlarının baş hərfələridir: “Həm də bizdə bədii ədəbiyyatımızda uzun illər laf sözü işlədilib. Bu danışmaq deməkdir. Biz danışacağıq”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84