. .

Aeroportda itləri güllələyənlər kimdir?

15:28 - 16 May
    1344 oxunma


Ötən gündən sosial şəbəkələrdə Bakı hava limanı ərazisində itlərin güllələndiyini əks etdirən görüntülər paylaşılır. Videoda silahlı şəxs və ərazidə olan maşının dövlət qeydiyyatı nömrəsi- 90-JS-693 də aydın görünür.

Hadisə ilə bağlı Bakı hava limanı da məlumat yayıb. Bildirilib ki, aerovağzal ərazisində heyvanlara qarşı qəddar davranışla bağlı sosial şəbəkələrdə videoyazının yayımlanması faktı üzrə xidməti araşdırma aparır: 

“Araşdırmanın nəticələrinə  əsasən bu hadisədə iştirak edən bütün şəxslər ciddi şəkildə cəzalandırılacaqlar. İctimaiyyətə araşdırmanın yekunlarına dair əlavə məlumat veriləcək”.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinə də sorğu ilə müraciət etdik, hadisə araşdırıldıqdan sonra açıqlama veriləcəyi bildirildi. 




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84