Adil Qeybulla: "Tofiq bəy aclığı dayandırdı, vəziyyəti normaldır"

22:35 - 18 Sentyabr
    1985 oxunma

"Bir azdan Tofiq Yaqublu evə buraxılacaq”. Bunu professor Adil Qeybulla deyib. Adil Qeybulla onun vəziyyətinin yaxşı olduğunu bildirib: "Səhhəti yaxşıdır, bir azdan onu xəstəxanadan yola salacağıq”. Qeyd edək ki, bu gün məhkəmənin qərarıyla ev dustaqlığına buraxılan Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb.

Xatırladaq ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hökmə etiraz olaraq aclıq aksiyası keçirən Tofiq Yaqublunun məhkəməsi keçirilib. Hakim Elmar Rəhimovun qərarı ilə T.Yaqublunun vəkilinin vəsatəti təmin edilib və T.Yaqublu ev dustaqlığına buraxılıb.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84