Adil İsmayılovdan sonra Eldar Həsənovun vəkili o oldu

11:39 - 06 Yanvar
    950 oxunma

Azərbaycanın həbsdə olan sabiq baş prokuroru, keçmiş səfir Eldar Həsənovun yeni vəkilinin kimliyi məlum olub. Bundan öncə E.Həsənovun hüquqlarını tanınmış vəkil Adil İsmayılov müdafiə edirdi. A.İsmayılov dekabrın 3-də koronavirus xəstəliyindən vəfat edib.

İndi isə sabiq prokuror E.Həsənov vəkil Adəm Məmmədovla müqavilə bağlayıb. Adəm Məmmədov artıq Eldar Həsənovla Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında görüşüb.

Xatırladaq ki, E.Həsənov Dövlət Təhlükəsizliyi tərəfindən saxlanılıb. Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib. E.Həsənova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb.

Bizimxeber.az



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84