Ad günü keçirən direktora 70-ci maddənin "c" bəndi tətbiq edilə bilərdi... 

13:51 - 23 Dekabr
    910 oxunma

"Direktor 70-ci maddənin "c" bəndi ilə işdən çıxarıla bilərdi".

Bunu təhsil eksperti Kamran Əsədov karantin qaydalarını pozaraq özünə ad günü məclisi təşkil edən 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın cəzalandırılmasından danışarkən deyib. O bildirib ki, bu, bütün təhsil işçilərinə dərs olmalıdır:  

"İlk növbədə bildirim ki, təhsil sistemində çalışan  şəxslər öz vəzifə fəlaiyyətləri ilə deyil, gündəlik həyat tərzləri ilə belə cəmiyyətə nümunə olmalıdırlar. Bu, bütün sahələrə aiddir. Təhsil elə bir sahədir ki, yazılmış qanunlara riayət etməklə yanaşı, eyni zamanda yazılmamış qanunlara da mütləq şəkildə əməl olunmalıdır. 2020-ci il ölkəmiz üçün kifayət qədər ağır il oldu. İlin əvvəlindən pandemiya səbəbindən təhsil prosesi dayandı, ardınca isə ikinci vətən müharibəsi...

Nə qədər gənc insan şəhid oldu, yaralandı, 3 minə yaxın ailənin gözü yaşlı qalması ciddi məsələdir və bu bizi narahat etməlidir. Ona görə hər bir insan Azərbaycanın ərazi bütövlüyünün qorunmasında əməyi keçən şəxslərə hörmət göstərməlidir. 44 günlük müharibə şəraitində Azərbaycan 11 şagirdini itirib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən müharibədə yenə 14-dən çox müəllim silah götürüb döyüşə gedib və şəhid oldu. Bunun fonunda təhsil işçiləri həssas olmalıdır. Ölkədə karantin rejimidir. Çox təəssüflər olsun ki, pandemiya qanunlarına və tələblərinə riayət etməyənlər var. Onların arasında təhsil işçiləri də var. Bu birinci hal deyil. Biz məsələyə iki tərəfdən baxaq. Direktor pandemiya qaydalarını pozub. Buna görə müvafiq olaraq cərimələnib. Digər tərəfdən isə Əmək Məcəlləsinin tələblərinə görə öz əmək funksiyasını yerinə yetirmədiyi üçün Təhsil Nazirliyi tərəfindən şiddətli töhmət alıb".

Kamran Əsədov qeyd edib ki, Təhsil Nazirliyi mətkəb direktoruna daha sərt cəza verə bilərdi: "Bu, heç də yaxşı hal deyil. Biz cəmiyyətə virusun nə qədər təhlükəli olduğunu isbat edib inandırmalıyıq. Bu məsələdə müəllimlərin üzərinə böyük yük düşür. Hesab edirəm ki, müəyyən qədər diqqətsizlik göstərilib.

Əmək Məcəlləsinə görə direktora sonuncu xəbardarlıq edilməklə şiddətli töhmət verilib. Həm müharibəni, həm şəhidləri, həm onların ailələrinin gözü yaşlı olduğunu, həm də virus təhlükəsini nəzərə alsaq, daha sərt, yəni, bir başa vəzifədən azad edilmə, 70-ci maddənin "c" bəndi ilə işdən çıxarıla bilərdi. Təhsil Nazirliyi bir az humanistlik göstərib. İnanıram ki, təhsil işçiləri bundan bir dərs alar və bir də belə hala yol verməzlər".

Ekspert belə məsələlərdə daha sərt cəzaların verilməsinin mümkün olduğunu da vurğulayıb. 

Qeyd edək ki, sosial şəbəkələrdə 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın karantin qaydalarını pozaraq özünə ad günü məclisi təşkil etmsi barədə görüntülər yayılıb. Onun bu hərəkəti ictimai qınağa səbəb olub.

Təhsil nazirinin əmri ilə Nailə Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib və ona təhsil nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84