.
.

Acun İlicalının Avropa klubunu satın alma xəbəri təsdiqləndi

01:10 - 20 May
    5178 oxunma


Məşhur türkiyəli aparıcı və iş adamı Acun İlicalının futbol klubu almağa hazırlaşması ilə bağlı xəbərlər yayılmışdı.

Bizimxeber.az xəbər verir ki, bununla bağlı açıqlama verən məşhur aparıcı "Hədəfim türk və dünya futboluna yeni ulduzlar qazandırmaqdır" ifadələrini işlətmişdi.

Həmin klubun isə Niderlandın "Fortuna Sittard" komandası olduğu bildirilirdi. Bu gün sözügedən klubun idarə heyətinin rəhbəri olan türkiyəli iş adamı İşıtan Gün şəxsi "Tvitter" hesabından paylaşım edərək, bu məlumatların həqiqətə uyğun olduğunu bildirib.

O bildirib ki, Acunla aralarında belə bir söhbət olub və bu istək məmnuniyyətlə qarşılanıb.   /Offsideplus.az




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84