.
.

Abşeron RİH-dən şikayət - FOTO

11:05 - 15 İyul
    20559 oxunma


“Abşeron rayon (Xırdalan) parkın içində idman qurğuları quraşdıranda çox sevindik. Hər gün xeyli uşaq həmin qurğulardan yararlanır. Ancaq həmin qurğulardan 50 metr kənarda, Zərifə Əliyeva küçəsində yerləşən binanın həyətindəki natəmizliyə göz yumur. Əslində yumşaq yazdım.

Çünki bu şəraiti yaradan məhz Abşeron İH-nin məişət tullantılarının daşınmasına məsul qurumudur. Qurumun işçiləri gəlib ancaq zibil qutularını boşaldırlar. Yerdəkilərə əllərini də vurmurlar. Halbuki İcra Hakimiyyəti daşınmaya görə ayda 400 manat pul alır. Dövlət büdcəsi hesabına bahalı maşınlar alıb əhaliyə pullu xidmət göstərirlər, özü də keyfiyyətsiz. Mən hələ yaxınlıqdakı bazardan yığılan zibilin çirkli suyunun  binanın həyətinə axıdılmasını demirəm”.

Bizimxeber.az bildirir ki, bunu ekspert Samir Əliyev bildirib.

S.Əliyev bildirib ki, zibillik iki binanın arasında yerləşir və həm də binanın girişidir: “Hər gün bu natəmizliyin yanından xeyli uşaqlar keçir və onlar ayaqlarını maşının çirkab su axıtdığı yola qoymalı olur. Abşeron İH hakimiyyəti göz görünən yerdə (parkda) uşaqların sağlamlığı üçün idman qurğuları quraşdırır, ondan 50 metr aralı, göz görünməyən yerdə isə uşaqların xəstəlik tapa biləcəyi natəmizlik yaradır…”




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84