.
.

"ABŞ yaxın günlərdə ehtiyacı olan ölkələrə peyvənd paylayacaq" - Bayden

01:46 - 07 Aprel
    8240 oxunma

Co Bayden ABŞ istehsalı olan peyvəndi yaxın vaxtlarda digər ölkələrlə paylaşacağını deyib. 

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, Baydenə görə, dünyada yaranan peyvənd problemini tək Amerika həll edə bilməz: "Bu, yalnız Amerikanın həll edəcəyi problem deyil. Bütün dünya bu problemin həlli ilə məşğul olmalıdır".

ABŞ hələlik öz əhalisinin aşılanması ilə məşğuldur və öz problemini həll etdikdən sonra qalan ölkələrə peyvəndlərin paylanmasına başlayacaq- deyə Bayden bildirib.

ABŞ prezidenti əlavə edib ki, bəzi qonşu ölkələrə çoxlu peyvənd “borc" veriblər.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84