.
.

ABŞ və Gürcüstan gəmiləri Qara dənizdə təlimlər keçirir

02:37 - 06 May
    1457 oxunma


ABŞ Donanmasının və Gürcüstan Sahil Təhlükəsizlik gəmilərinin Qara dənizdə təlimlər keçirdiyini barədə məlumat yayılıb. 

Bizimxeber.az "Ria Novosti"yə istinadən bildirir ki, bir müddət əvvəl Rusiya Milli Müdafiə İdarəetmə Mərkəzi ABŞ Sahil Mühafizəsi patrul gəmisi olan Hamiltonun Qara dənizə girdiyini və Rusiya Qara Dəniz Donanması qüvvələri tərəfindən nəzarət altında saxlandığı barədə məlumat yaymışdır. 

Qeyd olunur ki, ABŞ Sahil Mühafizəsini əsas gəmilərində olan heyət , Gürcüstan Sahil Mühafizəsi, Gürcüstan Müdafiə Nazirliyi və ABŞ-ın Tiflisdəki səfirliklərinin səlahiyyətliləri ilə görüşmək üçün Batumiyə gəldi. 

Məlumatda qeyd olunur ki, baş ofisi İtaliyanın Napoli şəhərində yerləşən ABŞ Altıncı Donanması çox vaxt müttəfiqləri və digər dövlət idarələrinin tərəfdaşları ilə birlikdə bir sıra dəniz əməliyyatları aparır.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84