“ABŞ və Avropayla yeni səhifə açmaq istəyirik” - Ərdoğan

14:48 - 23 Dekabr
    1070 oxunma

“ABŞ və Avropa ilə münasibətlərimizdə yeni bir səhifə açmaq istəyirik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün parlamentdəki çıxışı zamanı deyib.

"Yeni ildə ABŞ və Avropa ilə münasibətlərimizdə yeni bir səhifə açacağımıza ümid edirik. Çoxyönlü siyasi, iqtisadi və hərbi əməkdaşlığımızı ABŞ ilə köklü əlaqələrimizə alternativ olaraq görmürük.

Avropa İttifaqının da Türkiyədən uzaqlaşmasına səbəb olan strateji korluqdan qurtulacağına ümid edirik",-deyə Ərdoğan qeyd edib.

Bizimxeber.az





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84