.
.

ABŞ və Almaniya bu gün"Nord Stream 2" müqaviləsini imzalayır

12:18 - 21 İyul
    10923 oxunma


ABŞ və Almaniya, "Nord Stream 2" Rusiya qaz kəməri sazişi ilə bağlı fikir birliyinə gəldi və tərəflərin bu gün razılaşma elan etmələri gözlənilir. Bizimxeber.az bu barədə Wall Street Journal mənbələrə istinadən xəbər verib.

Berlinin Kiyevə enerji layihələri və diplomatiya məsələsində kömək etmək öhdəliyini götürə biləcəyi və Vaşinqtonun qaz kəməri layihəsinə qarşı durmaq mövqeyindən uzaqlaşacağı aydınlaşdı.

Eyni zamanda, əvvəllər Bloomberg tərəfindən yayımlanan sövdələşmənin açıqlanan detallarında deyilir ki, Moskva qaz tədarükünü Ukraynaya qarşı silah olaraq istifadə edərsə, o zaman Almaniya cavab tədbiri görəcək, bu da Rusiyanın enerji ixracatına qarşı sanksiyaları əhatə edə bilər. 

Nord Stream 2, Rusiya sahillərindən Baltik dənizindən Almaniyaya qədər ümumi gücü 55 milyard kubmetr qaz olan iki boru kəmərinin inşasını nəzərdə tutur. 




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84