. .

ABŞ Türkiyəyə sanksiya tətbiq etdi - Rusiya ilə...

02:15 - 06 Aprel
    21266 oxunma

ABŞ Rusiya ilə hərbi əməkdaşlıq edən Türkiyəyə və dörd rəsmi şəxsə sanksiyalar tətbiq etdi. Bu barədə "Federal Registr" məlumat yayıb.

Bizimxeber.az xarici KİV-lərə istinadən bildirir ki, bildiriş rəsmən bu günlərdə dərc olunacaq və aprelin 7-də qüvvəyə minəcək. 

Sanksiyalar "Amerikanın əleyhdarlarına qarşı mübarizə haqqında" qanuna əsasən tətbiq edilib (CAATSA). 

Məlumata görə, bildirişin mətnində Rusiyanın ZRK S-400 adı çəkilmir.

Türkiyənin Müdafiə Sənayesi Nazirliyi üçün nəzərdə tutulan sanksiyalar Amerikaya ixraca və 10 milyon dollardan çox kreditə qadağanı nəzərdə tutur.

Həmçinin sanksiyalara görə, dörd türk dövlət məmuru ABŞ-a daxil olmaq imkanından məhrum olacaq, onların Amerikada tapılan aktivləri bloklanacaq, amerikalılara isə onlarla hər hansı əməliyyat aparmaq qadağan ediləcək.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84