ABŞ səfirliyi Azərbaycandakı vətəndaşlarına xəbərdarlıq etdi

22:53 - 26 Sentyabr
    490 oxunma

ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda yaşayan Amerika vətəndaşlarına Abşeron yarımadasından çıxmamağı tapşırıb. Bu barədə Axar.az saytı səfirliyin rəsmi səhifəsinə istinadla məlumat yayıb.

ABŞ səfirliyinin xəbərdarlığında səbəb olaraq son günlər Azərbaycan-Ermənistan sərhədində artan müharibə təhlükəsi göstərilib. Azərbaycandakı ABŞ vətəndaşlarına yeni xəbərləri izləməyə davam etmələri tövsiyə olunur. ABŞ səfirliyi öz vətəndaşlarını kütləvi yerlərdə diqqətli olmağa və baş verə biləcək hər hansı bir nümayişdən çəkinməyə çağırıb.

"Səfirlik təhlükəsizliklə bağlı vəziyyəti izləməyə və ehtiyac olduqda əlavə məlumat verməyə davam edəcək”, - məlumatda qeyd olunub.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

[email protected];[email protected]
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84