.
.

ABŞ səfiri Rusiyaya qayıdır

18:38 - 19 İyun
    2140 oxunma


ABŞ-ın Moskvadakı səfiri Con Sullivan tezliklə Rusiyaya dönəcəyini açıqlayıb.

Bizimxeber.az Rusiya KİV-lərinə istinadən bildirir ki, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Co Bayden ilə danışıqlardan sonra, Rusiya və ABŞ səfirlərinin öz yerlərinə işə qayıdacaqları ilə bağlı razılıq əldə olunub.

Con Sullivan deyib ki, səfirlərin işə qayıtmasının dəqiq tarixi sırf texniki məsələdir.  Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov və Amerikanın Moskvadakı diplomatik nümayəndəliyinin rəhbəri Con Sullivan məsləhətləşmələr üçün ölkələrinə gəlmişdilər.




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84