. .

ABŞ səfiri Rusiyanı tərk etdi

13:44 - 22 Aprel
    7227 oxunma

Bu gün Amerikanın Rusiyadakı səfiri Con Sallivan Şeremetyevo hava limanından ABŞ-a yola düşüb. Bu barədə “TASS” xəbər verir.

Qeyd olunub ki, səfirin olduğu təyyarə öncə Londona, daha sonra ABŞ-ın paytaxtı Vaşinqton şəhərinə uçacaq.

Diplomatın səfəri ölkə rəhbərliyi ilə məsləhətləşmələr aparmaqdır.

Qeyd edək ki, Rusiya XİN rəhbərliyi dəfələrlə Con Sallivanın Bayden Administrasiyası ilə məsləhətləşmək üçün  ABŞ-a getməsini təklif edirdi. Amma səfir belə bir addım atmayacağını israrla bildirirdi. Ötən gün isə gözlənilmədən diplomat ABŞ-a gedəcəyini bəyan etdi.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84