ABŞ Rusiyadan Navalnının azadlığını tələb etdi

01:09 - 03 Fevral
    9200 oxunma


“ABŞ Aleksey Navalnıya həbs cəzası verilməsindən ciddi narahatdır və Rusiya hökumətini onu azad etməyə çağırır”. 

Bizimzeber.az “RİA Novosti”yə istinadən xəbər verir ki, belə bir bəyanatla ABŞ dövlət katibi Entoni Blinken çıxış edib. Onun sözlərinə görə, Navalnı da istənilən Rusiya vətəndaşı kimi Konstitusiya ilə təmin edilmiş hüquqlara malikdir: “Rusiya da öz növbəsində qanun qarşısında bərabərliyə və özünü ifadə etmək və dinc toplaşmaq hüququna hörmət etməklə bağlı beynəlxalq öhdəliklərə sahibdir. Biz bir daha Rusiya hökumətini Navalnını dərhal və qeyd-şərtsiz azadlığa buraxmağa çağırırıq”.

Blinken əlavə edib ki, Navalnı ilə bağlı məhkəmə onun hüquqlarını pozub və “siyasi plüralizmi boğub”.  Xatırladaq ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Navalnı ilə bağlı vəziyyəti şərh edən xarici siyasətçilərə beynəlxalq hüquqa hörmət etməyi və öz ölkələrinin problemləri ilə məşğul olmağı məsləhət görmüşdü.

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Loading...




Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84