.
.

ABŞ Qara dənizə donanma göndərir - Ukraynaya dəstək...

01:16 - 09 Aprel
    12520 oxunma

Önümüzdəki həftələrdə ABŞ Qara dənizə hərbi donanma göndərməyi düşünür.  Bizimxeber.az bildirir ki, bu barədə "CNN" telekanalı məlumat verib. 

Qaydalara götə, belə bir qərar olarsa Amerika 14 gün əvvəl niyyətlərini bildirməlidir. Amma indiki halda ABŞ-ın planlarını xəbərdar edib etməyəcəyi bəlli deyil. Avropa dövlətlərinin Ukraynaya dəstək əlaməti olaraq gəmi göndərə biləcəyi də müzakirə olunan versiyalardan birdir. 

Bu arada ötən gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova NATO silahlı qüvvələrinin Ukraynada və Rusiya sərhədləri yaxınlığında - Qara dənizdə hərəkətliliyi artırdığı barədə məlumat vermişdir. 

Rəsmi Pentaqon isə gəmilərin Qara dənizə göndərilməsinə dair məlumatları şərh etməyib.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84