.
.

ABŞ Putinin ətrafındakı şəxslərə sanksiya tətbiq edə bilər

17:08 - 17 Mart
    18920 oxunma


ABŞ gələn həftə prezident Vladimir Putinə yaxın olanlara qarşı sanksiya tətbiq edə bilər. Bu haqda CNN-ə adı açıqlanmayan ABŞ səlahiyyətlilərindən biri məlumat ötürüb.  

Bir gün əvvəl telekanal sanksiyaların Co Bayden administrasiyası tərəfindən artıq gələn həftə tətbiq oluna biləcəyini bildirib.

Eyni zamanda kanalın mənbələri sanksiyaların təfərrüatlarını açıqlamayıb. Bu gün səhər saatlarında ABŞ prezidenti Co Bayden prezident Putinin Rusiyanın 2020-ci il ABŞ seçkilərinə müdaxilə etməsinin bədəlini ödəyəcəyini deyib.

Beləliklə, Bayden Rusiya hakimiyyət orqanlarının seçki kampaniyası dövründə Baydeni və üzv olduğu Demokratik Partiyanı nüfuzdan salmaq üçün çalışmasıyla bağlı son kəşfiyyat hesabatına münasibət bildirib.

Bizimxeber.az

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84