ABŞ Polşada hərbçilərinin sayını kəskin şəkildə artıracaq

12:38 - 23 İyun
    580 oxunma

ABŞ Polşada hərbçilərinin sayını iki dəfə artıracaq.

Bizimxeber.az xəbər verir ki, bu barədə “Gazeta Prawna” nəşrinə məlumat verib.
Ordunun bəzi korpusları Almaniyadan köçürüləcək. 

Nəşrin məlumatına görə, Polşa tezliklə ABŞ-dan döyüş helikopterləri olan Boeing AH-64 Apache və ya Bell AH-1Z Viper ala bilər. Həmçinin Vaşinqton Varşavaya 30 ədəd  F-16 qırıcısını təqdim edəcək.

Qəzet yazır ki, iyulun 24-də Polşa Prezidenti Andjey Duda amerikalı həmkarı ilə görüşmək və hərbi sahədə əməkdaşlığı müzakirə etmək üçün ABŞ-a səfər etməyi planlaşdırır. Güman edilir ki, həmin gün də ölkələr Varşavaya C-130 Hercules-in beş nəqliyyat təyyarəsinin veriləcəyi barədə razılığa gəlinəcək.

İyunun 6-da ABŞ prezidenti Donald Tramp Almaniyadan 9,5 min hərbçinin çıxarıldığını və ölkədə Amerika hərbi kontingentinin ümumi sayının 25 min nəfərə endirildiyini bəyan edib. Berlin ABŞ-in bu qərarını tənqid etmişdi.

Bundan əvvəl məlum olub ki, ABŞ, Polşa ilə əlavə qoşun kontingentinin yerləşdirilməsi barədə razılığa gəlib. ABŞ-ın bu ölkədəki bölməsinin ümumi sayı 5,5 min nəfərə çata bilər. Komandanlıq hesab edir ki, bu, Amerika qruplaşmasının "keyfiyyətini yüksəltməyə" imkan verəcək.

Polşa prezidentinin Vaşinqtona səfəri zamanı müvafiq razılaşmanın əldə olunacağı rəsmən elan ediləcəyi gözlənilir. O, dəfələrlə Pentaqondan respublikada hərbi mövcudluğunu artırmağı xahiş edib və hətta "Fort Trump" adlı bazanı iki milyard dollar dəyərində qurmağı vəd edib.
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84