ABŞ Livana kömək təklif etdi

22:52 - 04 Avqust
    2775 oxunma

ABŞ Beyrutda baş vermiş partlayışla əlaqədar Livan hökumətinə bütün lazımi köməyi göstərməyə hazırdır. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin məlumatında deyilir.

“Biz Beyrutda baş vermiş partlayışla bağlı məlumatları diqqətlə izləyirik. İstənilən mümkün köməyi göstərməyə hazırıq”, - deyə məlumatda qeyd olunur. ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərq üzrə Mərkəzi Komandanlığı partlayışla bağlı vəziyyəti şərh edə bilməyib. 

Qeyd edək ki, Beyrutda dəniz limanı rayonunda baş vermiş partlayışlar nəticəsində azı 10 nəfərin öldüyü, yüzlərlə yaralının olduğu bildirilir.  

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84