ABŞ koronavirusa görə 8 min məhbusu sərbəst buraxıb

10:35 - 12 İyul
    1290 oxunma

Kaliforniya qubernatoru Gavin Nyusom, koronavirusun həbsxanalarda yayılmasının qarşısını almaq üçün 8 min məhbusun azad edilməsinə qərar verib. 

Bizimxeber.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Kaliforniya islah müəssisələri və reabilitasiya Departamentinin katibi Ralf  Diasın bəyanatında qeyd olunub.
"Biz bu tədbirləri həm ictimai sağlamlığa, həm də ictimai təhlükəsizliyə uyğun şəkildə həyata keçirməyə çalışırıq",- deyə Dias vurğulayıb. 
Sərbəst buraxılma yalnız bir ildən az müddətə azadlıqdan məhrum edilmiş şəxslərə şamil olunub. Bu zaman amnistiya ağır maddə üzrə məhkumlara toxunmayıb.

Qeyd edək ki, ABŞ bir gün ərzində koronavirusa yoluxma hallarının sayına görə növbəti dəfə rekord vurub. Belə ki, dünən 71 389 nəfərdə xəstəlik aşkar edilib. Epidemiyanın başlanmasından bəri ölkədə artıq 3,24 milyon nəfər yoluxub.
 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84