ABŞ Konqresindəki atışmada ölən qadının kimliyi məlum oldu
-
880 oxunma

ABŞ Konqresinin binasında odlu silahdan açılan atəşdən aldığı yara nəticəsində ölən qadın əvvəllər ABŞ Hərbi Hava Qüvvələrində xidmət edib. “Qafqazinfo” bildirir ki, bu barədə “Fox News” xəbər verib.
Məlumata görə, həlak olanın adı Eşli Bebbitdir. O, San-Diyeqoda (Kaliforniya ştatı) yaşayırdı. Bebbit təxminən 14 il ərzində ABŞ Hərbi Hava Qüvvələrində xidmət edib.
Bebbit ABŞ Konqresindəki iğtişaşlar zamanı yaralanmış, bir neçə saat sonra dünyasını dəyişmişdi. Vaşinqton meri Müriel Bouzerin sözlərinə görə, hakim dairələr baş verən hadisə ilə bağlı istintaq aparır.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84