ABŞ kiçik şirkətlərə 284 milyard dollar bağışlanan kredit verəcək

16:58 - 23 Dekabr
    940 oxunma

ABŞ Konqresinin 1.4 trilyon dollarlıq büdcə paketinə COVİD-19 təsirlərinin aradan qaldırılması ilə bağlı 900 milyard dollarlıq yeni stimul paketi daxil edilib. Qaynarinfo xəbər verir ki, Şimali Dakota Universitetinin azərbaycanlı professoru Fariz Hüseynli bu vəsaitin necə bölüşdürləcəyini araşdırıb. Onun sözlərinə görə, virusun iqtisadi təsirləri davam etdiyi üçün belə yardım paketi yaxşı haldır.

Paketdə nələrin əks olunduğuna gəlincə, professor bunları qeyd edib: "Birincisi, birbaşa yardımlar - fərdi gəliri illik 75 min, ailə gəliri 150 mindən aşağı olanlar üçün adam başına 600 dollar, işsizlik müavinətinə 11 həftəlik 300 dollar əlavə, uşaqlar üçün 600 dollar yardım verilir. Kiçik şirkətlərə maaş xərclərini ödəmək üçün 284 milyard dollar bağışlana bilən kredit ayrılır. Mədəni obyektlərə, kinoteatrlara isə 15 milyard dollar çatacaq.

Sonra əsasən orta məktəblərə 82 milyard, ictimai səhiyyə üçün 70 milyard, ştatlar üçün ayrıca 22 milyard, nəqliyyat şirkətlərinə, obyektlərinə 45 milyard, kirayə ödəmələri üçün 25 milyard, qida yardımı üçün 13 milyard dollar ayrılır. Araya təmiz enerji araşdırmaları üçün 35 milyard, "Space Force" üçün 2 milyard və iki yeni "Smithsonian" muzeyin açılması üçün də 2 milyardlıq vəsait nəzərdə tutulub".

Fariz Hüseynlinin fikrincə, 2023-cü ilə qədər biznes yeməklərinin xərcini vergidən çıxmaq üçün ayrıca xərc maddəsi var: "Bilmirəm, COVİD vaxtı hansı biznes yeməkləridir, amma yəqin ki, restoranlara kömək kimi təsiri var. Yeyib-içməyə çox pul xərcləyən bizneslər var. Məsələn, Trampın bir biznesi saç kəsməyə 70 min dollar xərc yazmışdı".

Bizimxeber.az

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi





Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84