ABŞ-ın sanksiyaları: Türkiyə yenə Rusiyadan S-400 alacaqmı?
17:24 - 17 Dekabr
-
1040 oxunma

Türkiyə ABŞ-ın sanksiyaları fonunda belə, Rusiyadan S-400 zenit-raket kompleksləri almaq məsələsində geri çəkilmək niyyətində deyil.
Bu haqda MK.ru-nun məlumatında deyilir. "Müdafiə sənayemizi daha müstəqil etmək üçün addım atmağa davam edəcəyik", - deyən Çavuşoğlu ABŞ-ın bu istiqamətdəki siyasətini səhv hesab etdiyini vurğulayıb. Siyasətçi əlavə edib ki, Türkiyə S-400 satınalmasından geri çəkilmək niyyətində deyil.
Xatırladaq ki, Türkiyəyə qarşı sanksiyalar ABŞ-ın yeni müdafiə layihəsində yer alır. Layihə hələ qüvvəyə minməyib. Hazırda ABŞ prezidenti olan Donald Tramp sənədi imzalamayacağına söz verib. Ancaq onun yerinə gələn Co Baydenin bu layihəyə necə reaksiya verəcəyi məlum deyil.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Haqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84