ABŞ-ın ilk qaradərili milyarderi zənci amerikalılar üçün təzminat tələb etdi

10:27 - 03 İyun
    2550 oxunma

Amerikalı qaradərili milyarder Robert Conson ABŞ səlahiyyətlilərindən ölkənin qaradərili vətəndaşları üçün 14 trilyon dollar təzminat ödəməsini tələb edib.

Bizimxeber.az CNBC telekanalına istinadla xəbər verir ki, onun fikrincə, bu, "ağlar və qaralar arasındakı uçurumu götürməyə" kömək edəcək. Conson inanır ki, bu pulla qaradərili amerikalılar iqtisadiyyatı stimullaşdıracaq müxtəlif müəssisələr yaradacaq və inkişaf etdirməyə başlayacaqlar.

Conson bu fikirlərini qaradərili məhbus Corc Floyda qarşı polis hərəkətlərinə qarşı kütləvi etirazlar başlayandan sonra dilə gətirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84