ABŞ-ın ilk qadın vitse-prezidenti... - Fotolar + Video

23:40 - 07 Noyabr
    6520 oxunma

Demokrat Co Baydenin qeyri-rəsmi nəticələrə əsasən ABŞ prezidenti seçilməsi ilə Kamala Harris ilk qadın vitse-prezident olub. Harris həm də hindəsilli ilk qaradərili vitse-prezident kimi fəaliyyət göstərəcək.

Kamala qələbə xəbərindən sonra Co Baydenə zəng edərək “Biz bacardıq, Co” sözləri ilə təbrikini çatdırıb. 

Qeyd edək ki, Kamala Harris Kaliforniyada Oakland rayonunda dünyaya gəlib. Hüquq üzrə təhsil alan Kamala 2003-cü ildə San-Fransikoda ilk qaradərili qadın müstəntiq kimi çalışıb. 2010-cu ildə isə Kaliforniya əyalətinin ilk qadın baş prokuroru olub.

Kamala Harris 2019-cu ildə prezidentliyə namizədliyini versə də, daha sonra geri çəkilərək Co Baydeni dəstəklədiyini bildirmişdi.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Loading...



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84