. .

ABŞ gəmiləri boğazdan keçib Qara dənizə girəcək - Türkiyə bildirş göndərib

18:12 - 09 Aprel
    17251 oxunma

Türkiyə Montrö Konvensiyasına görə, tərəfdaşlarına ABŞ hərbi gəmilərinin Aralıq dənizindən Qara dənizə və geri keçməsi barədə bildiriş göndərib.

Bizmxeber.az bildirir ki, bu barədə Rusiyanın Ankaradakı səfirliyi "RİA Novosti"yə bildirib.

Bir necə gün əvvəl "RİA Novosti" Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən xəbər verirdi ki, Vaşinqton iki döyüş gəmisinin 14-15 aprel - 4-5 may tarixləri arasında boğazdan Qara dənizə keçməsi barədə Ankaraya bildirirşi göndərib.

"ABŞ Montrö Konvensiyasının tərəfi olaraq, Qara dənizə keçmək üçün konvensiyada nəzərdə tutulmuş prosedurlara əməl edir. Türkiyə də konvensiyaya uyğun olaraq, tərəfdaşlarına Aralıq dənizindən hərbi gəmilərin keçməsi barədə bildiriş göndərir" - deyə agentliyin məlumatında qeyd olunurub.

Qeyd edək ki, 1936-cı ildə qəbul edilmiş Montrö Konvensiyası, həm dinc, həm də müharibə dövründə bütün ölkələrin ticarət gəmilərinin boğazlardan keçmə azadlığını qoruyur. Bununla birlikdə, hərbi gəmilərin keçid rejimi Qara dəniz və Qara dəniz olmayan dövlətlərə nisbətən fərqlidir. Qara dənizə çıxışı olmayan ölkələrin hərbi gəmiləri öz akvatoriyasında 21 gündən çox qala bilməz və onlar üçün sinif və tonaj üçün əhəmiyyətli məhdudiyyətlər tətbiq edilmişdir.

DAHA TEZ MƏLUMATLANMAQ ÜÇÜN FACEBOOK SƏHİFƏMİZİ



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev

Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp  -  (077) 611-44-00; (050) 514-27-84