ABŞ Ermənistana daha 1 milyon dollar ayırır

17:47 - 22 May
    765 oxunma

“Birləşmiş Ştatlar Ermənistan üçün ABŞ-ın Ermənistandakı səfirliyi koronavirusla mübarizəyə daha 1 milyon dollar ayırmağı nəzərdə tutur”.

Bizimxeber.az xəbər verir ki, bunui Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Linn Treysi keçirdiyi onlayn-mətbuat konfransında səsləndirib. Səfir qeyd edib ki, “Birləşmiş Ştatlar Ermənistana koronavirusa qarşı mübarizəni dəstəkləmək üçün daha 1 milyon dollar ayırıb. Əgər biz, koronavirusla bağlı planlaşdırılmış yeni dəstəyə bu vəsaiti də əlavə etsək, Ermənistanın bu hissə üzrə yardımı 5,4 milyon dollar təşkil edəcək". 

Linn Traysi, bu vasitələrin laboratoriya imkanlarının inkişafına və koronavirus infeksiyası olan ən ağır xəstələrin müalicəsinə kömək edəcəyini qeyd etdi. O əlavə edib ki, bu yardımdan başqa, ABŞ hökuməti kiçik biznesə qrantların verilməsi üçün 1,2 milyon dollar vəsait yönəldib. Bu vəsait koronavirus epidemiyası nəticəsində böyük zərər çəkmiş şirkətlərə yönəldiləcək. 

"Biz sağlamlıq məsələləri üzrə də iş aparırıq. 2019-cu ilin oktyabr ayından etibarən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID-OFDA) təbii fəlakətlər zamanı yardım xidmətinin təşkili üzrə Ofisi tərəfindən Beynəlxalq Qırmızı Xaç Cəmiyyətləri Federasiyası ilə fövqəladə vəziyyət hallarında səhiyyə xidmətlərinin işinin təşkilində əməkdaşlıq həyata keçirilir. Gördüyümüz kimi, bu istiqamətdə investisiyalar, deyəsən, vaxtında yerinə yetirilib",- deyə səfir bildirib. 

Linn Treysi bu həftə erməni Qırmızı Xaç Cəmiyyətinə baş çəkib və yerində aparılan işlərlə tanış olub. 

"Qırmızı Xaçın bizim dəstəyimizlə göstərdiyi xidmətlərdən biri Ermənistanda ən zəif 8000 ailənin ərzaqla və gigiyena predmetlərilə təmin olunmasıdır. Qeyd etməyə şadam ki, biz bu işi təkcə Qırmızı Xaçla deyil, həm də hökumətlə, başqa ölkələrlə, donor təşkilatları ilə, xüsusən Avropa İttifaqı və İsveçrə Qızıl Xaç Cəmiyyəti ilə aparırıq. Qırmızı Xaça səfərim zamanı mən burada, Yerevanda könüllüləri gördüyüm, ehtiyacı olanlara kömək edənlərin fədakarlığından xüsusilə təsirləndim".

Bizimxeber.az


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi




Şərhlər



Haqqımızda

“BizimXƏBƏR” Media Mərkəzi MMC

Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
 
  Bizimxeber_az@mail.ru 
  adil-1980@mail.ru

  Mobil və Whatsapp  -  (077) 611-44-00
                                        (050) 514-27-84