ABŞ-dan şok qərar - Çinin uyğurlara qarşı hərəkətləri “soyqırımı” elan edildi
-
6360 oxunma
SİZİN REKLAM YERİNİZ - ok

“ABŞ hökuməti Çinin Sincan Uyğur Muxtar Bölgəsində uyğurlara qarşı atdığı addımları “soyqırımı” və “insanlığa qarşı cinayət” hesab edir”.
Bizimxeber.az TASS-a istinadən xəbər verir ki, belə bir bəyanatla ABŞ dövlət katibi Mayk Pompeo çıxış edib. “Mövcud faktları diqqətlə araşdırdıqdan sonra, ən azı 2017-ci ilin martından etibarən ÇXR-in Çin Kommunist Partiyasının rəhbərliyi və nəzarəti altında Sincanda uyğurlara, etnik və dini azlıqların digər üzvlərinə qarşı insanlıq əleyhinə cinayətlər törətdiyi qənaətinə gəldim.
Bundan başqa, Çinin orada soyqırımı həyata keçirdiyi qənaətinə gəldim. Düşünürəm ki, bu soyqırımı davam edir və biz uyğurların sistematik şəkildə məhv edilməsi cəhdini görürük”, - deyə Pompeo bildirib.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmiziHaqqımızda
“BizimXƏBƏR” Media Mərkəzi MMC
Baş redaktor Ədil Hüseynli
Şef redaktor Şaiq Mustafayev
Bizimxeber_az@mail.ru;adil-1980@mail.ru
Mobil və Whatsapp - (077) 611-44-00; (050) 514-27-84